Nazirlə icra başçısının prezidentə ağ yalanı - Şok video

 
 
Səhiyyə naziri Oqtay Şirəliyevlə Mingəçevirin icra başçısı Niyazi Bayramov prezident İlham Əliyevi aldadıblar
 
Politika.Az-ın məlumatına görə, prezident Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının açılışını edib.
 
Amma məlum olub ki, nazirlə icra hakimi dövlət rəhbərinə yalan danışıblar. Bu günə kimi xəstəxananın lor şöbəsi təmir edilərək hazır olunmayıb.
 
Dövlət məmurlarının prezidentə yalan danışmasının səbəbləri aydındır. Onlar gördüyü işləri üz-gözünə bulaşdırır.
 
Sonra açılış mərasiminin vaxtı çatanda yamaq edib sırımağa çalışırlar. Dəfələrlə belə hallara yol verilib. N.Bayramovla O.Şirəliyevin də “müqəddəs” niyyəti göz qabağındadır. Nazirlə icra başçısı fikirdə əlbir olaraq İ.Əliyevi necə aldatmağın yolunu düşünüblər.
 
Nəticədə yarımçıq təmir edilmiş xəstəxana binası sakinlərin istifadəsinə verilərkən yenisi kimi təqdim olunub. Guya xəstəxanada əsaslı təmir-bərpa işləri həyata keçirilib.
 
Lakin təqdim edəcəyimiz video kadrlar onların gördüyü işlərin üstündən xətt çəkir. Aydın olur ki, onları xalqı və prezidenti aldatmağa cəhd göstərib. Bu da ayrı mövzudur ki, təmirə ayrılan vəsaitləri çırpışdırılıb.
 
Politika.Az bundan əvvəl də Mingəçevir səhiyyəsinin morqa çevrildiyi haqda detallı yazmışdı. Xəbər vermişdik ki, baş həkim Yusif Quliyevin dağıdıcı idarəçiliyi 4 yaşlı Aminin həyatında özünü bir daha sübuta yetirdi.
 
Dəfələrlə Mingəçevir şəhər Mərkəzi Xəstəxanası və Uşaq Nevroloji Sanatoriyası haqda tənqidlər səslənib, səhiyyə ocaqlarında hökm sürən acınacaqlı vəziyyət haqda məlumat verilib. Lakin nə Səhiyyə Nazirliyi, nə baş həkim nəticə çıxarıb.
 
Ona görə də Mingəçevirdə həkimlərin yanlış diaqnozuna görə bu günlərdə balaca Amin ölümcül vəziyyətə düşdü. Şəhər xəstəxanasında uşaq həkimi yoxdursa, Y.Quliyev və onu baş həkim təyin edən səhiyyə naziri Oqtay Şirəliyev hara baxır?
 
Araşdırma zamanı məlum olub ki, həkim Famil İsayevin ilk belə səhlənkarlığı deyil. Bir müddət əvvəl Ağdaş sakini Həsənova Türfə Həsən qızı sözügedən həkimdən şikayət edib. Onun sözlərinə görə, Eldar İsayev sağlam balasını səhv müalicə ilə ömürlük şikəst edib.
 
Göründüyü kimi, prezidentin ayırdığı 3 milyon manat vəsaitlə yüksək səviyyədə təmir olunan səhiyyə müəssisəsinin "xidməti” heç də yüksək deyilmiş. Eləcə də Mingəçevir Şəhər Uşaq Nevroloji Sanatoriyasının da bərbad vəziyyətdə olduğu deyilir.
 
Mətbuat yazıb ki, burada otaqlardan biri anbar kimi istifadə olunur. Uşaq Nevroloji Sanatoriyası üçün üçün ərzaq və tibbi ləvazimatları Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasından götürülür.
 
Xəstəxanaların və sanatoriyanın ərzaqla, tibbi ləvazimat və dərmanlarla təminatına ayrılan vəsait birbaşa Yusif Quliyevin rəhbərlik etdiyi tibb müəssisəsindən gəlir.