Nazirin biznesmen əmisi oğlu öldürüldü

Türkiyədə gənclik və idman naziri Çağatay Kılıçın əmisi oğlu Fatih Mehmet Kılıç öldürülüb.
AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, polisin araşdırması zamanı məlum olub ki, biznesmen Fatih Kılıç 700 min türk lirəsinə ev almaq üçün tikinti sahibi ilə görüşməyə gedib. İnşaat işləri ilə məşğul olan 34 yaşlı Mətin Ü tikinti mühəndisi 32 yaşlı Salim Ö. ilə görüşəndən sonra hər üç şəxs avtomobilə minərək ərazidən uzaqlaşıb.
Kamera görüntülərindən məlum olub ki, meyit meşəlik əraziyə Mətin Ü adlı şəxsin maşınından atılıb. Mətin Ü. polisə verdiyi ifadəsində bildirib ki, onlar görüşdükdən sonra avtomobilə əyləşiblər. M. F. Kılıça Salim Ö. arxadan atəş açıb.
Mətin Ü. Salim Ö. ilə birlikdə meyiti meşəlik əraziyə atıblar. Hazırda 32 yaşlı Salim Ö. Polis tərəfindən axtarılır.
İki uşaq atası olan biznesmen eyni zamanda Türkiyənin ABŞ-dakı səfirinin də qardaşı oğludur.