​Nazirin 24 idarə müdirini işdən qovmasının şok sirri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kütləvi ixtisarlar başlanıb
 
Bu barədə Turaninfo.az Politika.Az-a istinadən verilən məlumata görə, son günlər 23-dən artıq rayon Məşğulluq Mərkəzinin müdiri səbəbiz olaraq işdən azad olunub.
 
Nazirliyə dəvət olunan müdirlər işdən çıxma ərizələri yazmağa məcbur edilib. Səbəb isə eyni olub: cənab nazir sizinlə işləmək istəmir, keçmiş nazir Füzuli Ələkbərovun dövründə işləmisiniz.
 
Məlumatda bildirilir ki, əgər bu adamların nöqsanları olsa idi, Səlim Müslümov vəzifəyə yeni təyin ediləndə işdən azad edilərdilər. Sadəcə hazırda dövlət başçısının sərəncamı ilə bu sahəyə müəyyən vəsaitlər ayrılır.
 
Həmin təşkilatlara yeni ştat vahidləri verilib. Həmin vəsaitlərdə və ştatlara kadrların təyin edilməsində nazirlik rəhbərliyinin maddi marağı olduğu iddia edilir.
Bu marağın təmin edilməsinin köhnə kadrlara etibar edilməməsinin səbəbi olaraq işdən çıxarılma kampaniyası başlayıb.
 
Xəbər verilir ki, yaxın vaxtlarda Səlim Müslümov çıxış edərək köklü kadr islahatından danışacaq. Əslində isə bu kadr islahatı yox, qeyd edildiyi kimi daha çox şəxsi maraqların təmin olunması kimi başa düşülməlidir.