Nazir təkzib etdi: “Tramp əmim oğludur?”

 
Heç bir dəvət də olmayıb.
 
Axar.az xəbər verir ki, bu sözləri Nəqliyyat naziri Ziya Məmmədov oğlu, iş adamı Anar Məmmədovun ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın andiçmə mərasiminə dəvət alması haqda Yeni Müsavat-ın sualına cavab verərkən deyib. Nazir bildirib ki, bu xəbərlərin haradan yayıldığını bilmir:
 
“Bu xəbərləri hardan alırsınız, bilmirəm. Mənim xəbərim yoxdur. Mən o xəbərlərlə məşğul deyiləm. Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil. Mənim bir prezidentim var, o da ölkəmin prezidentidir. Xahiş edirəm, belə şeylərlə bağlı məni narahat etməyin”.