Nazir supermarket şəbəkələri rəhbərlərinin müraciətini şərh edib

Bu günlərdə Azərbaycanın iri supermarketlər şəbəkələri rəhbərlərinin iqtisadiyyat nazirinə ünvanladığı birgə müraciət bir sıra qanunvercilik məsələləri ilə bağlı olub.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev iş adamlarının quruma müraciəti ilə bağlı məsələni şərh edərkən bildirib.
Ş.Mustafayevin sözlərinə görə, hazırda müvafiq məsələyə Vergilər Nazirliyi ilə birgə baxılır: “Konkret olaraq supermarketlərin rəhbərləri kənd təsərrüfatı məhsullarının satışı zamanı mərhələlərlə vergiyə cəlb olunması ilə bağlı bəzi probemləri qaldırmışdılar. Hazırda biz bu məsələni nəzərdən keçiririk”.