Nazir polis rəisini işdən çıxartdı - Yeniləndi

Daxili İşlər naziri Ramil Usubov polis polkovniki İsmayıl Həmid oğlu Əsədovun Kürdəmir Rayon Polis Şöbəsinin rəisi təyin edilməsi barədə əmr imzalayıb.
 Axar.az xəbər verir ki, Nərimanov RPİ-nin rəisi olan İ.Əsədovun bu gün kollektivlə artıq vidalaşdığı barədə Aznyus.az məlumat yayıb.
 Xatırladaq ki, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Oqtay İlyas oğlu Məmmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin birinci müavini təyin olunub.
Nazir Ramil Usubovun imzaladığı digər əmrlə Ağstafa Rayon Polis Şöbəsinin rəisi Yaşar Nuriyev vəzifəsindən azad edilib.
 Report-un məlumatına görə, Yaşar Sakit oğlu Nuriyev Ağstafa Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Bakı şəhərində Dəmiryol Nəqliyyatı Polis İdarəsinə təyinat alıb.