Nazir naziri telefonda gözlətdi - Almaniya-Türkiyə münasibətlərində qəribəlik

 
Almaniya Xarici işlər naziri Frank-Valter Ştaynmayerin bir müddətdir Ankaranı ziyarət etmək istəyi baş tutmur.
 
Turaninfo.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ankara Stenmeyerin səfərinə soyuq yanaşır.
 
Hətta Almaniya Xarici işlər nazirinin bir neçə həftə öncə təyin olunmuş səfəri sonradan "uyğun vaxt deyil" arqumenti ilə təxirə salınıb. 
 
Daha bir qəribəlik Almaniya və Türkiyə Xarici işlər nazirlərinin telefon əlaqəsi zamanı yaşanıb. Frank-Valter Ştaynmayerlə həmkarı Mövlud Çavuşoğlunun iki dəfə telefon söhbəti nəzərdə tutulsa da, hər ikisində alman diplomatanın telefonda gözlədiyi və son anda türk tərəfinin proqram gərginliyi səbəbilə telefon danışığının ləğv edildiyi bildirilir.
  
Son illər Almaniya-Türkiyə münasibətlərində ciddi soyuqluq hökm sürür. Bu soyuqluq Türkiyədə kürd yönümlü millət vəkillərinin həbsindən sonra Almaniyanın diplomatik basqıları hesabına bir az da güclənib.
 
Eyni zamanda Türkiyə Almaniyanı PKK terror təşkilatını müdafiə etməkdə günahlandırır.