Nazir müavini diksindirdi: Hansı başçılardan torpaqlar alınır? - Özəl siyahı

 
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi istifadə olunmayan kənd təsərrüfatı torpaqlarının dövriyyəyə qaytarılması barədə xüsusi qaydalar hazırlayıb
 
Politika.Az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.
 
O qeyd edib ki, bu qaydalar artıq müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılma mərhələsindədir və yaxın zamanlarda hökumətə təqdim olunacaq.
 
''Mənə arayış veriblər və orada dövlət məmurlarının adları da var, zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur''.
 
Bunu isə prezident İlham Əliyev hələ iyulun 10-da bildirib. Prezident bildirib ki, torpaqlardan səmərəli şəkildə istifadə əsas vəzifədir: “Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir.
 
Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir".
 
Bu gün Azərbaycanda əkinə yararlı torpaq çatışmazlığı müşahidə olunmaqdadır. Elə ərazilər də var ki, onlar yüksək vəzifə sahibləri, məmurlar, nazirlər tərəfindən zəbt olunub.
 
Qəsb edilən yerlərdə villalar ucaldılıb. Əkin üçün nəzərdə tutulan ərazilərdə yüksək çinli məmurlar istirahətlə məşğuldurlar.
 
Politika.Az xəbər verir ki, bu siyahıda icra başçıları, nazir və komitə sədrləri, deputatlar var. Məsələn, Beyləqan, Lerik, Astara, Şəki, Ağcabədi, Sabirabad, Saatlı, İmişli və Hacıqabul, Kürdəmir, Ucar və Qubada məmurlar hektarlarla ərazini ələ keçirib.
 
Bu rayonlarda icra hakimləri əkin sahələrini ələ keçiriblər, Göygöl və digər bölgələrdə torpaqları işğal ediblər. Hazırda belə şəxslərin siyahısı hazırlanır, bu isə bir çox məmurlara baha başa gələ bilər.
 
İllərdir əkinə yararlı böyük torpaq sahələrini ələ keçirmiş, onu əkin məqsədilə istifadəsiz saxlamış, bu da azmış kimi, həmin torpaqlardan başqa məqsədlər, məsələn, şəxsi imarətlər, villalar tikmək üçün yararlanmış belə məmurların sərt cəzalandırılması mümkündür.
 
Həmin torpaqların onların əlindən alınacağı dəqiqdir, amma onlar yalnız bu torpaqları deyil, vəzifələrini də itirə bilərlər.İcra başçıları ilə yanaşı rayonlardakı maliyyə rəisləri, vergi idarələrinin müdirləri, ayrı-ayrı qurumların rəhbərləri qanunsuz torpaq ələ keçiriblər.

Загрузка...
Загрузка...