​Nazir əmr verdi, xəstəxanalarda xüsusi palatalar yaradıldı

 
Azərbaycanda qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində xəstəxanalarda palatalar yaradılıb, respublikadakı məktəblər, məktəbəqədər və digər təhsil müəssisələri dezinfeksiya edilib.
 
Turaninfo.az  ternd-ə istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
 
Afaq Əliyevanın sözlərinə görə, palatalar ölkənin bütün mərkəzi rayon xəstəxanalarında, Bakıda isə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, Kliniki Tibbi Mərkəzdə və digər kliniki xəstəxanalarda və 1 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında yaradılıb.
 
Afaq Əliyeva deyib ki, həmin səhiyyə müəssisələrinin hər birində daxil olan bütün xəstələrin müayinə və müalicəsi üçün lazımi şərait yaradılıb. Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar qrip və kəskin respirator infeksiyalara qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə imzaladığı əmr əsasında SN tibb idarə və müəssisələrinə, eyni zamanda RGEM-ə payız-qış mövsümündə qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə göstəriş verilib: “Buraya xəstələrin vaxtında aşkar olunması, onların müayinə və müalicəsi, ağır xəstələr olarsa, onların hospitalizasiyası, məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində profilaktik dezinfeksiya tədbirlərinin aparılması daxildir.
 
Əmrə əsasən, şəhər dezinfeksiya stansiyaları tərəfindən respublika üzrə bütün məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində və digər təhsil müəssisələrində noyabr ayının ilk 2 həftəsi ərzində dezinfeksiya işləri həyata keçirilib”.
 
Afaq Əliyeva qeyd edib ki, kəskin respirator xəstəliyi olan, qripə bənzər əlamətlər müşahidə edilən xəstələrdən müayinə üçün yaxma nümunələri götürülür və onlar SN-nin Respublika Taun Əleyhinə Stansiyasında yoxlanılır.
Direktor müavini qeyd edib ki, bu mövsümdə nisbətən ağır gedişli respirator xəstəliyi olan 130-dan çox xəstədən material götürülərək müayinə olunub. Onların heç birində qrip virusları aşkarlanmayıb.

Загрузка...
Загрузка...