​Nazarbayevin qızı: ‘Özümü prezident olaraq görmürəm’

 
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva özünü prezidentin xələfi kimi görmür.
 
Bu barədə AzVision.az “İtar Tass”-a istinadən xəbər verir.
“Mən özümü bizim prezidentin komandasının üzvü, öz vətəninə düzgün və sədaqətlə xidmət edən insan kimi görürəm”, – deyə Dariq jurnalistlərin özünüzü prezidentin xələfi kimi görürsünüzmü sualına cavab verərkən bildirib.
 
Qeyd edək ki, bu gün Qazaxıstan senatında keçirilən səsvermə zamanı Dariqa Nazarbayeva Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri seçilib.