Nazarbayevi bu gülünc səbəbdən devirmək istəyiblər

Qazaxıstan biznesmeni Toxtar Tuleşovu çevrilişə böyük borcları məcbur edib.
 Axar.az xəbər verir ki, bunu Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Mətbuat katibi Ruslan Karasev jurnalistlərə açıqlamasında söyləyib.
 Onun sözlərinə görə, Tuleşovun 200 milyon dollar borcu olub:
 “Məhz belə bir anda Tuleşovun hakimiyyət çevrilişi etmək ideyası yaranıb. Planının uğurla reallaşacağı təqdirdə Tuleşov hökumətin nəzarətindəki resurslar hesabına öz borclarını ödəməyi planlaşdırıb”.
 Qeyd edək ki, Tuleşov Qazaxıstanda Torpaq Məcəlləsinə edilmiş yeni dəyişikliklərə qarşı təşkil olunan etiraz aksiyalarının əsas maliyyəçisi olub. Bəzi mətbuat orqanları onun Aktobe hadisələrinin də dəstəkçisi olduğunu iddia edirlər.