Nazarbayev: “Aktobedəki terroru sələfilər törədib”

Qazaxıstanın Aktobe şəhərində iyunun 5-də silah mağazaları və hərbi hissəyə hücum edənlər sələfilər olub. APA TV-nin məlumatına görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının iclasında deyib.
 
Nursultan Nazarbayev bəyan edib ki, Qazaxıstanda dini azadlıqlar təmin olunub. Eyni zamanda dini şüarlar arxasında gizlənərək, ölkədəki vəziyyəti qarışdırmaq istəyənlərə qətiyyətli cavab veriləcək.
 
Qazaxıstan prüzidenti bildirib ki, Aktobedəki terrorçuların demək olar ki, hamısı zərərsizləşdirilib. O, qeyd edib ki, hüquq-mühafizə orqanları terrorçuların hamısı tapacaq və onlara cəza veriləcək.
 
Nursultan Nazarbayev hökumətə terrorçuluq və ekstremizmə qarşı mübarizə sahəsində qanunvericilik təşəbbüsü paketinin hazırlanması üçün iki ay vaxt verib.