​Naxçıvanın erməni basqınlarından qorunmasında igidlik göstərən Əli bəy Əzimbəyov kim olub?

Baxış sayı: 
170
0  
0  

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin yaxınlaşması ilə əlaqədar “Azərbaycanca Vikipediya”da AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar redaktə edilir.
AMEA Mərkəzi Elmi Kitabxanasından Publika.az-a verilən məlumata görə, bu günlərdə Vikipediya təlim iştirakçısı tərəfindən erməni daşnaklarının Naxçıvan və ətraf qəzalara hücumlarının qarşısının alınmasında fəal iştirak edən Əli bəy Əzimbəyovun həyatı və döyüş yolu haqqında “Azərbaycanca Vikipediya”da məqalə yaradılaraq oxucuların istifadəsinə verilib.
https://az.wikipedia.org/wiki/%C6%8Fli_b%C9%99y_%C6%8Fzimb%C9%99yov
Qeyd edək ki, Əli bəy Əzimbəyovun oğlu Aydın Əzimbəyov Azərbaycanın və Özbəkistanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Özbəkistanda fövqəladə və səlahiyyətli ilk səfiri olub. Aydın Əzimbəyov iki qardaş ölkə arasında əlaqələrin inkişafında müstəsna rol oynayıb.

Загрузка...
Загрузка...