"Naxçıvanın Ana Vətənə qovuşmasını gələcək nəsillərə saxlamamalıyıq"

“Bu torpaqlar Rusiyanın diktəsi ilə Azərbaycandan ayrılaraq Ermənistana verilib”
 
 
Son günlər Ermənistan mətbuatında Zəngəzurun aqibəti ilə bağlı müəyyən proqnozlar səslənməkdədir. Bəzi erməni siyasiləri iddia edir ki, Qarabağ uğrunda müharibəyə başlayacaq Azərbaycan bu ərazilərlə yanaşı, Zəngəzurun də azad edilməsini həyata keçirəcək ki, nəticədə Naxçıvanla “ana torpaq” arasında bilavasitə əlaqə təmin ediləcək.
 
Maraqlıdır, Qarabağ uğrunda Azərbaycanın başladacağı savaş fonunda Zəngəzurun da azad ediməsi mümkündürmü? BMT-nin hüquqi baxımdan Ermənistan ərazisi kimi tanıdığı Zəngəzurun tarixi işaldan azad edilməsi Azərbaycana yönəlik təzyiqlərə səbəb ola bilərmi?
 
Moderator.az -a açqlama verən Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
 
“Zəngəzur tarixən Azərbaycan torpağı olub. Rusiyanın diktəsi ilə Azərbaycandan ayrılaraq Ermənistana verilib. Bu gün Ermənistan cəmiyyətində bir sistem var. Bu sistem Ermənistan cəmiyyətini strateji hədəflərə təmərküzləşdirmək üçün işləyir.  Ermənilər yüz ildən artıqdır ki, “Böyük Ermənistan” xülyası ilə, öz himayədarlarının yardımı ilə bu xülyanın realaşması üçün çalışırlar. Keçən əsrin əvvəlində də, sonunda da Azərbaycan torpaqlarını işğal ediblər. Ermənistanın himaydarı Rusiyadır. Rusiya bu gün də Ermənistanın strateji maraqlarına uyğun addımlar atır.
 
Zəngəzur Azərbaycanın milli maraqlarına aid bir məsələdir və biz digər tarixi torpaqlarımız kimi Zəngəzur uğrunda da mübarizə aparmalıyıq. Bununla da gec-tez Ana Vətəndən ayrı düşmüş Naxçıvanı Azərbaycana qovuşdurmalıyıq. Özü də bunu gələcək nəsillərə saxlamamalıyıq”.

Загрузка...
Загрузка...