Naxçıvan şəhid Rasim Məmmədovun cənazəsini belə qarşıladı-Vİdeo

Naxçıvan şəhid Rasim Məmmədovun cənazəsini belə qarşıladı - YÜZLƏRLƏ AVTOMOBİL...
BakuNews.az xəbər verdiyi kimi, Fizulu rayonunun Lələtəpə deyilən ərazisində düşmənlə atışma nəticəsində ADP sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu, Hurriyyet.az saytının baş redaktoru Vuqar Məmmədovun və BakuNews.az saytının təsisçisi Mirkənan Seyidovun dayısı oğlu mayor Rasim Məmmədov şəhid olub.
Mayor Rasim Məmmədov tank taborunun komandiri olub. Aprelin 4-də R.Məmmədovun cənazəsi Bakıya gətirilib və axşam saatlarında doğulduğu Naxçıvan MR, Babək rayonun Cəhri kəndinə yola salınıb.
Qeyd edək ki, hazırda şəhidin cənazəsi Naxçıvan şəhərində yerləşən hərbi hospitaldadır. Səhər saatlarında Müdafiə Nazirliyinin əməkdaşları mayor Rasim Məmmədovun cənazəsini doğulduğu Cəhri kəndinə aparacaq. Şəhidin günorta saatlarında dəfn ediləcəyi gözlənilir.
Onu da qeyd edək ki, bu gecə Naxçıvan hava limanına şəhidi qarşılamağa minə yaxın insan toplaşıb. Daha sonra bir neçə km uzunluğunda avtomobil karvanınını müşayəti ilə R.Məmmədovun cənazəsi aeroportdan Naxçıvan şəhərindəki hərbi hospitala aparılıb. Yolboyu çəkilən kadrları oxucularımıza təqdim edirik: