NATO-ya zərbə: Avropa ordusu yaradılır

Birgə Avropa Birliyi hərbi mərkəzi və pan-Avropa ordusunun qurulması vacibdir.
 Axar.az xəbər verir ki, bunu İngiltərənin Breksit qərarından sonra Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brok Almaniyanın “Velt am Sonntaq” qəzetinə açıqlamasında deyib.
 “Birgə hərbi mərkəzə və koalisiyaya ehtiyacımız var. Nəticə olaraq bir Avropa Birliyi ordusu da yaradıla bilər”, - Brok bildirib.
 Brok birgə hərbi mərkəzin üzv ölkələrin müdafiə və təhlükəsizliyini artıracağını deyib.