NATO Türkiyədən üzr istədi - Ərdoğan üsyan püskürdü...

 
 
NATO Norveçdəki təlimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotosunu hədəf seçən zabiti ordudan qovub. Norveçdəki Ortaq Hərb Mərkəzinin komandanlığı bununla əlaqədar açıqlama verib və üzr istəyib.
 
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, NATO-nun açıqlamasında Atatürkün fotosunun bir texnik tərəfindən seçildiyi bildirilib.
 
Xatırladaq ki, Türkiyə Prezidenti bu mövzu ilə bağlı bugünkü açıqlamasında demişdi:
 
“Amerikanın bu təşkilatlar üzərindən həyata keçirməyə çalışdığı ssenarinin fərqindəyik. Müttəfiqliyə sığmayan hərəkətləri, yalnışları söyləyəcəyik. Son olaraq dünən Norveçdə bir hadisə olub. Düşmən tablosu deyə bir tablo qoyublar. Bir tərəfdə Atatürkün adı, bir tərəfdə də şəxsimin adı var. Bu xəbəri öyrənəndə baş qərərgah rəisimiz və Avropa Birliyindən sorumlu nazirimiz Kanadaya gedirdilər. Bizi yoldan aradılar, belə olduğunu dedilər. Həmin təlimdə 40 hərbçimiz var. Biz hərbçilərimizi geri çağırdıq. O hədəflər qaldırılsa da bizim hərbçilərimiz orada olmayacaq”.

Загрузка...
Загрузка...