NATO tarixinin ən ciddi addımını atdı

 
NATO yüz minlərlə hərbçisini Rusiya ilə artan gərginlik fonunda gücləndirilmiş rejimə keçirəcək.
 
Axar.az xəbər verir ki, bunu “Tayms” qəzetinə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib.
 
Onun sözlərinə görə, bu addım soyuq müharibə dövründən sonra atılmış ən ciddi addımdır. O, məhz nə qədər döyüşçünün gücləndirilmiş rejimə keçiriləcəyini söyləməyib.
 
Qeyd edək ki, bir müddət öncə Böyük Britaniyanın NATO-dakı daimi nümayəndəsi Adam Tomson mətbuata açıqlamasında Alyansın 300 min hərbçini gücləndirilmiş rejimə keçirəcəyini bildirib.