NATO Rusiya təyyarəsini vurdu

NATO Rusiya təyyarəsini vurduBaltik dənizində NATO qırıcıları Rusiyaya məxsus Su-24 təyyarəsini vurub. Verilən məlumata əsasən, Rusiyaya məxsus Su-24 reaktiv təyyarəsi Baltik dənizində qadağan olunmuş əraziyinin içərilərinə doğru irəliləyərək NATO gəmilərinə təhlükə yaradıb. NATO qırıcılarının dəfələrlə Rusiya təyyarəsini xəbərdar etməsinə rəğmən Su-24 təyyarəsi qadağan olunmuş ərazinin içərilərinə doğru soxulmağa davam edib. Nəticədə NATO komandanlığından Rusiya təyyarəsinin düşürülməsi əmri verilib.
Su-24 təyyarəsi dənizə düşüb. Hər iki pilotu isə NATO-ya məxsus gəmi heyəti dənizdən xilas ediblər.
Xatırladaq ki, bu artıq NATO üzvləri tərəfindən düşürülən ikinci belə Su-24 reaktiv təyyarəsidir.