NATO qüvvələri 2016-cı ildən sonra da Əfqanıstanda qalacaq

 NATO qüvvələrinin Əfqanıstanda qalma müddəti 2016-cı ildən sonra da uzadılacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv dövlətlərin xarici işlər nazirlərinin iclasının yekununa həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, NATO qüvvələrinin Əfqanıstanda qalma müddətinin uzadılması haqda alyansa üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısında qərar qəbul olunub.