NATO-dan İstanbul teraktına reaksiya gəldi

NATO-nun baş katibi Yens Stoltenberq “Taksim” meydanı yaxınlığında baş verən terror hücumunu qınayıb.
Turaninfo.az  xəbər verir ki, baş katib hadisə ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamaya görə, Stolterq qurbanların ailələrinin və türk xalqının kədərini paylaşdığını bildirib.
Açıqlamada deyilir: “Terrorizmə heç cür haqq qazandırmaq olmaz. Bütün NATO müttəfiqləri Türkiyənin yanındadır. Terrorla hər cür mübarizədə birlikdəyik”.
 Musavat.com