Natiq Əliyev: TANAP-ın tikintisi fasiləsiz şəkildə davam etdirilir

"Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə 2015-ci ilin mart ayından başlanmış tikinti işləri fasiləsiz şəkildə davam etdirilir".
"APA-Economics" xəbər verir ki, bunu bu gün prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında energetika naziri Natiq Əliyev deyib.
Nazir bildirib ki, qaz kəmərinin 1 350 km hissəsində borular tikinti yerinə çatdırılıb və qaynaq işləri başlayıb. "İndiyədək TANAP-ın tikintisi üzrə ümumi işlərin 20%-dən çoxu yekunlaşdırılıb. Hazırda 3 lot halında inşa edilən layihə üzrə tədbirlər qrafikə uyğun şəkildə tam sürətlə davam etdirilir", - deyə N. Əliyev bildiriTrans-Adriatik qaz boru kəməri (TAP) layihəsinin icrasında danışan nazir bildirib ki, layihənin reallaşdırılmasındakı çətinlikləri aradan qaldıran "Ətraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi" kimi mühüm bir sənəd Yunanıstan-Albaniya-İtaliya hökumətləri tərəfindən qəbul olunub: "Eyni zamanda, TAP layihəsi Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil edilib".