Natiq Əliyev: “Hasilat dondurulur”

Neft hasil edən ölkələrin Dohada keçirilən görüşünün yekunu üzrə imzalanacaq saziş layihəsi hasilatın cari ilin oktyabr ayınadək yanvar səviyyəsində dondurulmasını nəzərdə tutur.
Report xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın energetika naziri Natiq Əliyev məlumat verib.
"Bəli, hasilatın oktyabradək yanvar səviyyəsində dondurulmasını əks etdirir", — deyə nazir bildirib.