​"Nate" qasırğası 4 ölkəni birdən yıxdı - 22 can alan qasırğa Amerikaya doğru irəliləyir (VİDEO)

Baxış sayı: 
201
0  
0  

 
 
Tropik "Nate" fırtınası Nikaraqua, Kosta-Rika, Honduras və El Salvadorda ən az 22 adamın həyatına son qoyduqdan sonra  şimala - ABŞ-a doğru hərəkət etməyə başlayıb.
 
Moderator.az xarici mətbuata istinadən xəbər veriri ki, təbii fəlakət nəticəsində Mərkəzi Amerika ölkələrində 20 nəfər itkin düşüb. Təbii fəlakət olan ölkələrdə fövqəladə vəziyyət elan edilib.
 
Kosta-Rikada 8 adamın ölümünə səbəb olan fırtına Nikaraquada 11 nəfərin həyatına son qoyub.
 
Hondurasda üç nəfərin öldüyü, çoxlu sayda insanın itkin düşdüyü bildirilir.
 
El Salvadorda da bir nəfər torpaq sürüşməsi nəticəsində həyatını itirib.
 
Fırtına güclü yağışa, torpaq sürüşmələrinə səbəb olub.  Yollar, körpülər və evlər darmadağın olub.
 
Kosta-Rikada 400 mindən çox adam susuz qalıb. Minlərlə insan gecəni sığınacaqlarda keçirməyə məcbur qalıb.
 
Kosta-Rikaya təyyarə səfərləri və onlarla uçuş ləğv edilib. 10-dan çox milli park bağlanıb. Fırtına Nikaraquadakı infrastruktura da ciddi zərər vurub.
 
Mütəxəssislər "Nate" qasırğasının gücləndikdən, 1-ci qasırğa kateqoriyasına çatdıqdan sonra ABŞ-ın cənub sahillərinə çatağını gözləyirlər.
 
Floridadan Texasadək bölgədə yaşayan sakinlərə fırtına üçün hazırlanmaları xəbərdarlığı edilib. Nate ABŞ-a çatarsa, bu, ölkədə bu il üçüncü təbii fəlakət olacaq.
 
Həm Texas, həm də Florida hələ də "Harvi" və "İrma" qasırğalarının fəsadlarını aradan qaldırmağa çalışır.

Загрузка...
Загрузка...