Natali Portman İsrailin nüfuzlu mükafatından imtina edib

 
 
Məşhur İsrail əsilli Hollivud aktrisası Natali Portman “Genesis Prize” mükafatından imtina edib.
 
APA-nın İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, buna İsraildə baş verən son hadisələr səbəb olub. Kino ulduzunun nümayəndəsi bildirib ki, İsraildəki son hadisələr aktrisa üçün çox həyəcanlı görünüb və o, bu ölkədə baş verən hər hansı bir ictimai tədbirdə iştirak etməyi münasib hesab etmir. Beləliklə, Natali Portman bir milyonluq mükafatdan imtina edib, iyunun 28-ə planlaşdırılan təqdimat mərasimi isə ləğv edilib.
«Yəhudi Nobel» mükafatı kimi də adlandırılan “Genesis Prize” (“İrs mükafatı”) 2012-ci ildə təsis edilib. Mükafata layiq görülən ilk şəxs Nyu-Yorkun meri Maykl Blumberq olub.

Загрузка...
Загрузка...