NASA alimləri ikinci “Günəş sistemi”ni tapdılar - VİDEO

Kosmosda ikinci “Günəş sistemi” mövcuddur.
Publika.az xəbər verir ki, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri süni intellekt sayəsində Kepler-90 ulduz sistemindən yeni – 8-ci ekzoplaneti aşkarlayıblar.
Bu o deməkdir ki, alimlər indi inamla yaşadığımız Günəş sisteminin unikal olmadığını bildirə bilərlər. Daha əvvəl hesab edilirdi ki, Kepler-90 ulduz sistemində 7 planet var.
Yeni planetin ölçüləri Yerdən 30 faiz çoxdur və ulduzun ətrafında 14,4 Yer sutkasına bərabər müddətdə bir dövr vurur. Planetin səthində orta temperatur 426 dərəcə təşkil edir.
Aşkar edilmiş planet Kepler-90i adlandırılıb. O “Əjdaha” bürcündə və Yer kürəsindən 2,5 min işıq ilində yerləşir. Alimlər ulduzun parlaqlığının dəyişikliklərini “Kepler” teleskopunun köməyi ilə müəyyən etməyi bacarıblar.

Загрузка...
Загрузка...