​Narkobaronlardan Trampın "divar" planına cavab - FOTO

 
Meksika polisləri ölkədən ABŞ-ın Kaliforniya ştatına keçmək üçün qazılan tunellər tapıblar.
 
Missiya.Az xarici mətbuata istinadən xəbər verir ki, tapılan iki tuneldən birinin tamamlandığı bildirilir. Hər iki tunelin narkotik mafiyalarından biri «Sinaloa» aid olduğu qeyd edilir.
 
Həmin qruplaşma hazırda həbsdə olan məşhur narkobaron Xoak Qusmanın dəstəsinin sifarişlərini yerinə yetirir. Bu yollarla onlar Meksikadan ABŞ-a narkotik maddələr daşıyıb.
 
Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donal Tramp Meksika ilə sərhəddə hündür divar hördürəcəyini elan edib.
 
Məqsəd isə qonşu ölkədən ABŞ-a keçməyə cəhd edən narkotik ticarətçilərinin, cinayətkar qruplaşmaların və qanunsuz miqrantların qarşısını almaqdır. Çox ehtimal ki, narkotik ticarətçiləri sərhəddə divar çəkildiyini bildikləri üçün yeni tunellər qazırlar.
 

Загрузка...
Загрузка...