Nanə televiziyadan gedir?

 
Teleaparıcı Nanə Ağamalıyeva Türkiyədə tanınmış cərrah Hayati Akbaşın assistenti kimi əməliyyatlarda iştirak edir.
 
Teleqraf.com xəbər verir ki, Nanə Ağamalıyeva bu haqda sosial şəbəkədə məlumat verib. İnstaqramda fotolarını paylaşan aparıcı yazıb: “Dünya şöhrətli cərrah Hayati Akbaşla bugünkü əməliyyatdan”.
 
Nanə Ağamalıyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirib.