Namiq Qaraçuxurluya efir qadağası qoyuldu – Video

Baxış sayı: 
197

Namiq Qaraçuxurlunun ayağındakı sınıq açıq sınıq idi. Yəni sümük açıqda idi. Bu da həmin bölgədə infeksiya olma ehtimalını artırır. Gələcəkdə yara və ya daha böyük problemlərə gətirib çıxara bilər. Əsas şikayəti ondan ibarətdir, amma tez-tez təsadüf olunan bir sınıqdır. Digər bir səbəbsə həm iç, həm də çöl tərəfdən sınmasıdır. Əməliyyatda elə də problem olmadı.
 
Kult.az xəbər verir ki, bu sözləri ARB TV-nin “Günə son” proqramına açıqlaması zamanı meyxana ustadı Namiq Qaraçuxurlunu əməliyyat edən həkim Rəşad Zeynalov bildirib.
 
Meyxanaçının bir az narahat qaldığını və tez ayağa qalxmaq istədiyini dilə gətirən həkim onun uzun müddət istirahət etməli olacağını qeyd edib:
 
“Əsas şikayəti ondan ibarət idi ki, çoxlu konsertləri, görüşləri var idi. Amma o, yataq rejimində olmalıdır. Sümüyün birləşməsi hardasa 2 ay vaxt aparacaq. Ayağını aşağı sallaya bilməz. Rahat şəkildə ayağını basıb gəzə bilməz. Buna görə də bitişməsini gözləmək lazımdır”.

Загрузка...
Загрузка...