​Namaz qılarkən “Adəm” sözünü “yazırıq” və.. - İbrətamiz

Bununla insanın meymundan əmələ gəlməsi barədəki cəfəngiyyatları da rədd edirik...
 
 
Namazdakı hərəkətlərimizin mənası və mahiyyəti nədən ibarətdir? Niyə biz konkret olaraq məhz bu cür müəyyən olunmuş vəziyyətlərdə dayanır, durur, əyilir, səcdə edirik?
 
Moderator.az  xarici İslam saytlarına istinadla 56 il öncə Türkiyədə baş vermiş ibrətamiz bir olay vasitəsilə namaz barədə sualların necə cavablandırıldığını açıqlayır.
 
1961-ci ildə İstanbuldakı Süleymaniyyə məscidinə bir qrup xarici turist gəlmişdi. Namazdan sonraəcnəbilər məscidin imamı Hacı Nazif Çələbini əhatəyə alıbmüxtəlif çaşdırıcı suallar verməyə başladılar. Turistlərdən biri insanın meymundan yarandığını isbat etməyə çalışır, digəri isə müsəlmanların namazda nədən öncə dik durub sonra təzim etmələri, daha sonra isə başlarını yerə qoymaqlarının mənasını soruşurdu. Deyirdi ki, niyə sizlər, sadəcə, məscidlərdə oturacaqlar qoyub əyləşərək imamları dinləmirsiniz. Və s.
 
Hacı Nazif əfəndi qeyri-müsəlman qonaqların həmin suallarına unudulmaz cavablar verdi:
”Namaz vaxtı öncə biz  ayaq üstə qiyama durur, sonra rüku üçün əyilir, daha sonra səcdəyə gedirik. Biz dik duranda sanki ilk insan və peyğəmbər Adəməleyhissəlamın adının ilk hərfini yazırıq:ا -“əlif”.“Adəm” sözü ərəbcə yazılanda 3 hərfdən ibarət olur: م دا“əlif”, “dal”, “mim”(ərəbcə sağdan sola).Odur ki, biz öncə “əlif” kimi dayanırıq. Sonra isə təzim etməklə sanki “dal” hərfini yazırıq. Bu minvalla sonuncu “mim” hərfi qalır ki, başımızıyerə qoyub səcdə etməklə də “mim” yazırıq.
 
Beləliklə, göstərilən hərəkətləri etməklə biz hər namazda atamız Adəmin(ə.s)  adını yazır və eyni zamanda insanın meymundan əmələ gəlməsi barədəki cəfəngiyyatları da rədd edirik...”
 
Məscid imamı daha sonra belə davam edir:
 
“Lakin  namaz barədə suala cavabın ikinci variantı da var:
Biz qiyamda dik duranda Allahın bizə bəxş etdiyi bütün nemətləri xatırlayır, onlar barədə düşünür, sonra isə hörmət və təşəkkür əlaməti olaraq Onun qarşısında baş əyirik.
Ancaq biz bu baş əyməni Rəbbimizin nemətləri qarşılığında kifayət hesab etmirik.Odur ki, dizimizi yerə dayamaqla alnımızı da yerə qoyur, şükür və mütiliyimizi ifadə edirik.Başımızı ona görə yerə qoyuruq ki, baş bütövlükdə insan bədənini idarə edən ən vacib hissə və orqandır. Beləliklə.biz demək istəyirik:
 
”Ya Rəbbi! Baş –bədənimizin ən dəyərli hissəsidir. Sənin qarşında  dayanaraq öz şükür və ehtiramımızı ifadə etmək üçün başımızı yerə qoyuruq”...
 
Hacı Nazif əfəndi söhbətini bitirən kimi turistlərdən ona yaxınlaşaraq deyir:
 
“Növbəti namaz saat neçədə olacaq? Mən də sizinlə birgə indi haqqında danışdığınız namazı icra etmək istəyirəm. Mən çox istərdim ki, bütün bu hərəkətləri edərək məni Yaradana öz hörmət və şükrümü çatdırım. Zənnimcə, məhz namaz -əsil ibadətdir”...

Загрузка...
Загрузка...