Naira Ayrumyan: Ermənistan hakimiyyəti kapitulyasiyaya hazırlaşır

“Rusiya indi güclü pressinq aparır”.
Erməni rəhbərliyini kapitulyasiya qərarına sövq etməyə cəhdi iqtidar partiyalarının həyəcanlı davranışında görmək olar.
Turaninfo.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə erməni icmalçısı Naira Ayrumyan “Lragir.am” saytında yazır.
“Partiya sübut edib ki, ölkədə hakimiyyətini qoruyacağına dair zəmanət olduğu halda, ölkə və millət üçün ölümcül olan güzəştlərə getməyə hazırdır. Ermənistanın Respublika partiyasının güzəştlərə getmədiyi halda, ölkədə “asayiş pozuntularının” baş vercəyinə dair siqnalların alması mümkündür” - yazıda bildirilir.
Siyasi icmalçının fikrincə, öz hakimiyyətini qorumaq üçün Ermənistanın Respublika partiyası və digər erməni qüvvələri artıq bir sıra millət əleyhinə olan qərarlar qəbul ediblər: həm Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması, həm Aİ Asossiasiyasından imtina, həm Rusiya ilə İrandan daha ucuz qazın və üçüncü ölkələrdən “alternativ” silahın alınmasını qadağan edən məcburi müqavilələr.
N.Ayrumyan əminliklə bildirir ki, “Bu güzəştlər artıq son həddə çatıb və öz hakimiyyətini qorumaq üçün “son” güzəşt Qarabağ torpaqları ola bilər”.
N.Ayrumyan Ermənistan üçün qənaətbəxş olmayan nəticələrə gəlib:
“Rusiya indi güclü pressinq aparır. Bir neçə dolayı addımı göstərmək olar – Putin erməniləri islam mobilləşməsi ilə “qorxutmaq” üçün Lukaşenkonu İslam Əməkdaşlıq Təşkilatının iclasına ezam edib. Rusiya deputatları Yerevana gələrək erməni həmkarları ilə müştərək bəyanata qol çəkməkdən imtina etdilər.
Pressinq güclənir, amma erməni hakimiyyəti bu haqda açıq bəyan etməkdən və başqa yerdə müttəfiq axtarmaqdansa, Ermənistanın alternativsizliyini bəyan edirlər. Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxarsa, biz müttəfiqsiz qalarıq, bunu xarici işlər nazirinin müavini Şavar Koçaryan bəyan edir. Yəni XİN Ermənistanı manevr məkanından məhrum edərək, başqa müttəfiqlərlə danışıqlar imkanını heç nəzərdən də keçirmir.
Əgər indiyə qədər Rusiya Qafqazda qalmaq üçün daima “sabitliyi” və Qarabağ münaqişəsinin həll edilməməsini dəstəkləyirdisə, indi Rusiya təcili olaraq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməldiir, əks halda, bu münaqişə onsuz həll ediləcək”.