Nağılbazın keçmiş arvadı: "Əlimdə elə dəlillər var ki, Anarı bir saata bitirər"

Baxış sayı: 
230

“Tiflisə göndərmişdik ki, oradan Praqaya keçsin. Lakin pulları kefə-damağa xərcləyərək, bir əxlaqsız qadından siflis xəstəliyinə yoluxdu. Buna görə Tiflisdə karantin edilərək həmən Praqaya yollamışdılar”.
Bu sözləri tanınmış repçi Anar Nağılbazın keçmiş arvadı Anjelika Cəbiyeva musavat.com-a açıqlamasında bildirib.
A.Cəbiyeva bildirib ki, məhz onun xəstəliyi ilə əlaqədar repçidən boşanıb: “Ailə qurmamışdan əvvəl belə bir danışığımız olmuşdu ki, ölkədən getməyəcək. Lakin o, evdə nə var idisə, hətta mənim netbukuma qədər hər şeyi satıb, arxaya baxmadan getdi. Qeyd etdiyim kimi, Tiflisdə siflis xəstəliyinə yoluxduğu üçün ondan boşanmaq qərarına gəldim. Praqada olduğu zaman bu haqda ona bildirdim. Siz deyin, hansı qadın razı olardı ki, əri o cür xəstəliklə gəlib həm arvadına, həm də uşaqlarına yoluxdursun? Buna razı ola bilməzdim”.
A.Cəbiyeva repçinin Praqaya mühacirət etmək üçün getdiyini deyib: “Bəli, o, ölkəni birdəfəlik tərk edib getmişdi. Lakin mənim boşanmaq istədiyimi bilincə geri döndü”.
Repçinin keçmiş arvadı xəyanət və “müxtəlif ciplərdə gəzirdi” ittihamlarına da cavab verib: “Boşanmanı mən etmişəm, ərizəni mən yazmışam. Əgər kişi idisə, onda niyə boşanmanı o verməyib? Əgər onun dediyi kimi olsaydım, gündə bir cipdə gəzsəydim, indi iki uşaqla kirayələrdə sürünməzdim. Əksinə evim də, maşınım da olardı. Bu cür söhbətlər kişiyə yaraşan hərəkət deyil. Getsin bir qədər kişi olub, cəmiyyət içində danışmağı öyrənsin.
Belə çıxır ki, mən evdə tapılmamışam. Onda bəs uşaqlarıma kim baxıb? Onun ata-anası? Onunla ailə qurduğumuz andan bu günə qədər həmişə mənim qardaş-bacım, ata-anam köməklik edib. Əvvəlcə mənə, sonra isə uşaqlara əyin-baş alıblar, dəstək olublar.
Anar Praqaya getdiyi gündən həmişə evdən pul istəyib. Başqaları xarici ölkələrdən evinə pul göndərəndə, biz ona pul göndərmişik. O isə həmişə yalnız kef edib. Doğrudur, məndən pul istəyəndə mən də atasından istəyirdim. Atası pul göndərirdi, amma mənə və uşaqlarıma dəstək olmurdu”.
A.Cəbiyeva ona atılan böhtan və iftiralara görə artıq məhkəməyə müraciət etdiyini deyib: “Anar dediklərinə görə artıq məhkəmə qarşısında cavab verəcək. Çünki onun dedikləri həm mənim, həm də uşaqlarım üçün çox ağır iftiralar, ləkə, zərbədir. Heç bir kişi öz arvadının, uşaqlarının anasının arxasınca o cür sözlər danışmaz. Anar öz etdiklərini təmizə çıxartmaq üçün mənə böhtanlar atır. Hansı xanım bütün bunları qəbul edər?”
Repçinin keçmiş arvadı məlum porno videodan da söz açıb: “O videonu mən yaymamışam və onu yayanları lənətləyirəm. Orada mən də təhqir olunmuşam, barəmdə danışılıb. Buna görə ağır stress yaşamışam. Heç zaman Anarı bitirmək fikrim olmayıb, çünki uşaqlarımın atasıdır. Amma istəsəydim edərdim, çünki əlimdə elə dəlillər var ki, Anarı bir saata bitirər. Amma həmişə uşaqlarımın xətrinə susmuşam…”

Загрузка...
Загрузка...