​Nadir Qafarzadə Lənkəranski haqda: 'Kaş mən öləydim...'

 
 
Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qətli şou aləminin nümayəndələrini də kədərləndirib. Bir çox sənətçi sosial şəbəkədə statuslar paylaşaraq avtoritetin ölümünə təəssüfləndiyini bildirib.
 
Onlar arasında müğənni Nadir Qafarzadə xüsusilə diqqət çəkib. Məşhur avtoritetin qətli barədə mətbuatda məlumatlar yer alan andan müğənni "İnstaqram"  səhifəsində bir neçə dəfə bununla bağlı status paylaşaraq öz təəssüratlarını bölüşüb, profilinə Lənkəranskinin fotolarını yerləşdirib.
 
Müğənni sonuncu statusunda isə bunları qeyd edib:
 
"Gərək mən öləydim, heç olmasa ömrümü azdan-çoxdan sürmüşəm. Amma sənin hələ balaların körpədilər. Onlara sən lazım idin, qardaş! Bir də ki, ölən adamlara həsəd aparıram. Bu fani, yalanla dolu dünyadan haqq dünyasına köçürlər! İndiki zamanda bu dünyada yaşamaq  çox çətindir, ələxsus düzgün, haqlı, ədalətli insanlar üçün.
 
Heyif sənə, Rövşən! Haqq dünyasında görüşənədək, qardaşım! Fani dünya, şərli-böhtanlı dünya, haqsız dunya! Allahım, pak, təmiz, ədalətli bəndələrini yanına aparırsan. Bizə bəzi pisləri, ikiüzlüləri və yataqları saxlayırsan. Şükür bildiyinə, Allahım!"