Nə vaxta kimi bu millətin biqeyrətlərini, psixi xəstələrini, fahişələrini reklam edəcəksiniz?"

 
 
Moderator.az xəbər verir ki, keçmiş millət vəkili Gülər Əhmədova mətbuatda "biqeyrətlərin, psixi xəstələrin, fahişələrin" reklam edildiyini bildirərək Mətbuat Şurasını bu istiqamətdə tənzimləyici rol oynamağa çağırıb:
 
"Bu ölkədə Anasını sevən, hörmət edən, müqəddəsləşdirən ogullar yoxdur? Nə vaxta kimi bu millətin biqeyrətlərini, psixi xəstələrini, fahişələrini, qeyri - adekvat şəxslərinı reklam edəcəksiniz? Yəni, siz, dogrudan da cəmiyyətə hansı zərbələri vurdugunuzu başa düşmürsünüz? Nədir sizin amacınız? Beyinləri hansı qənaətə gəlməyə hazırlayırsınız? Niyə sadə insanlarda natamamlıq kompleksi yaradırsınız? Bu millətin qeyrətli ogullarının, şəhidlərinin, qazilərinin ailəsindən, övladlarından, onların təhsilindən yazın. Onları hər kəsə tanıdın, hörmət etdirin. Üzdən tanıtdırın. Hər kəs küçədə, metroda, işdə onlara hörmət etsin. Şəhid analarının ünvanlarıni yazın. Əl çəkin bu bişərəflərin reklamından! Gözəl əxlaqlı insanlarımızı örnək edin ki, hər kəs özünə bu insanlara baxıb çəki - düzən versin! Mətbuat Şurası, sizə səslənirəm, cənablar! Monitorinq keçirin, saytların neqativ və pozitiv xəbər faizini müqayisə edin. Cəmiyyətin əyri güzgüsünə çevrilmiş mətbuata dövlət dəstəyi verməyin. İnsanları bədbinləşdirən, əxlaq və ruhunu çirkinləşdirən mətbuatla baglı düşünün. Biz kimin dəyirmanına su tökürük?"

Загрузка...
Загрузка...