​Nə dinləri var, nə də xəstələnirlər - Suda yaşayan qəbilə barədə ŞOK faktlar - FOTO

 
Dünyada hələ yeni-yeni kəşf edilən qəbilələr var.
 
Turaninfo.az xarici mətbuata istinadən xəbər verir ki, belə qəbilələrdən biri də Bajaudır.
 
«Dənizin qaraçıları» adlandırılan qəbilə demək olar ki, cənnətdə yaşayır. Çünki onların evləri dörd bir tərəfdən su ilə əhatələnib. Cənubi Asiyanın Borneo adası yaxınlığında yaşayan qəbilə yalnız qayıqlarla bir yerdən, başqa yerə gedə bilirlər.
 
Ləqəbləri «dəniz qaraçıları» olsa da onlar köçəri deyillər.
 
Balıqçılıqla məşqul olduqları üçün çox kiçik yaşlardan üzməyi və balıq tutmağı öyrənirlər. Onlar suda balığın çoxluğundan istifadə etmirlər. Yalnız qarınlarını doyduracaq qədər balıq tururlar.
 
 
Suyun altında sanki nəfəs almadan rahatlıqla üzə bilirlər. Taxtadan ovulmuş və süşə ilə örtülü eynəklə 25-30 metr üzə və yeriyə bilirlər. Qəbilə üzvlərindən biri Sulbin BBC-yə açıqlamasında deyib ki, suyun altında özünü evindəki kimi hiss edir.
 
Onlar yalnız qayıqlar üçün mühərrik və benzin almaq üçün şəhər mərkəzinə gedirlər.
 

Gələcəklə bağlı heç bir düşüncələri yoxdur. Onlar yalnız bu günü gözəl yaşamaq arzusundadırlar. Dünyada olan xəstəliklərdən xəbərləri yoxdur. Oxumağı yazmağı bilmirlər amma çox xoşbəxt görünürlər. Ayın tarixi və il dəyişməsinin onlar üçün bir önəmi yoxdur. Heç yaşlarının neçə olduğunu da bilmirlər. Bajau qəbiləsi heç bir dinə sitayiş etmir.

Загрузка...
Загрузка...