Ən böyük zərbənin tarixi açıqlandı – Rusiya 2018-ci ildə BELƏ ÇÖKDÜRÜLƏCƏK

ABŞ 2018-ci il fevralın ilk günlərində Rusiyaya qarşı sanksiyaların növbəti paketini elan edəcək.
Publika.az xəbər verir ki, bu haqda üç mənbəyə istinadən “İzvestiya” nəşri yazıb.
Sanksiyaların miqyası əvvəlkiləri gözəçarpacaq dərəcədə üstələyəcək. Mənbələr bildirirlər ki, söhbət Konqres tərəfindən qəbul edilmiş və 2017-ci il avqustun 2-də ABŞ prezidenti Donald Tramp tərəfindən bəyənilmiş 3364 saylı sanksiya qanununa (CAATSA) əlavələrdən gedir.
Nəşrin məlumatına görə, sənədin rəsmi hissəsindən başqa, ictimaiyyət üçün açıqlanmayacaq siyahı üzərində iş gedir. Siyahının olduqca geniş olacağı bildirilir.
“Bu siyahıya Rusiya vətəndaşlarının bir neçə yüz soyadı daxil ediləcək. Onlara qarşı sanksiyalar tətbiq olunmayacaq. Amma sənəd avropalılara siqnal olacaq ki, bu insanlarla əməkdaşlıq etmək arzuolunmazdır”, - həmsöhbətlərdən biri deyib.
Onun sözlərinə görə, siyahıya Rusiya biznesmenləri, ictimai xadimlər və dövlət mükafatları alan Rusiya vətəndaşları düşə bilərlər. Siyahı yalnız ABŞ-ın partnyorları və Avropadakı müttəfiqləri arasında yayılacaq.
Daha əvvəl bildirilirdi ki, 2017-ci il avqustin 2-də ABŞ prezidenti tərəfindən imzalanan Rusiyaya qarşı yeni sanksiyalar 2018-ci il yanvarın 29-da qüvvəyə minməlidir.
Ömər Dağlı

Загрузка...
Загрузка...