MÜXALİFƏTÇİ FƏAL AZADLIĞA BURAXILIB

Baxış sayı: 
253
0  
0  

Məlumat üçün bildirək ki, Milli Şuranın 23 sentyabr tarixli mitinqində aktiv şəkildə iştirak edən sadə vətəndaşlara, müxalifət partiyalarının, o cümlədən ADP-nin üzvlərinə qarşı hakimiyyət orqanları tərəfindən təqib və təzyiqlər hələ də davam edir. Əldə etdiyimiz məlumata görə daha bir ADP-çi fəal Simran Nəsibli mitinqdə iştirak etdiyinə görə 28 sentyabr tarixində Xətai Rayon Polis İdarəsinə çağırılıb. Polis İdarəsinə gedən ADP fəalının barəsində saxta prootokol tərtib edilərək onun 2 sutka polis idarəsində saxlanılması və inzibati qaydada tənbeh olunmasına dair qərar çıxarılıb. İki sutka polis idarəsində saxlanılan Simran Nəsibli mitinqdə iştirak etdiyinə və mitinqə gəncləri cəlb etdiyinə görə hədə-qorxuya, fiziki zorakılığa və işgəncələrə məruz qalıb. Verilən məlumata görə polis idarəsində onun zəruri ehtiyacları belə ödənilməyib və vəkillə təmin olunmayıb. Polis idarəsində Simran Nəsibli bütün qohum-əqrabaları barədə sorğu-sual edilmiş, polis idarəsindən buraxılanda isə mitinqlərə qoşulacağı halda uzun müddətli həbs olunacağı ilə bağlı təhdid olunub. Xatırladaq ki, 23 sentyabr mitinqində iştiraka görə bir çox ADP üzvləri, o cümlədən partiya rəhbərliyində təmsil olunanlardan ADP sədrinin birinci müavini Həsrət Rüstəmov, partiyanın mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov və ümumi məsələlər üzrə sədr müavini Zakir Hüseynov da polis idarəsinə çağırılaraq uzun-uzadı sorğu-suala tutulmuş və mitinqə qoşulduqlarına görə onlar barəsində tədbirlər görüləcəyi barədə xəbərdarlıq ediliblər. Görünür, hakimiyyət orqanları mitinqin kütləviliyinin qarşısını almaq məqsədilə mitinqə qoşulanlara qarşı repressiya siyasətini həyata keçirmək niyyətindədir. 

Загрузка...
Загрузка...