Müxalifət partiyaların toplantısında, blogger Mehman Hüseynovun həbsini qətiyyətlə pislədilər

 
“Radikal dini ekstremizmi siyasi müxalifətlə bağlamaq cəhdləri yolverilməzdir”
 
Bu gün Müxalif partiya sədrlərinin növbəti toplantısı keçirilib.
 
 
Turaninfo.az-a verilən məlumata əsasən, iclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.
 
 
Siyasi partiya sədrləri toplantıda “Nardaran işi” adlı məhkəmə prosesinin yekunlaşdırılması məsələsinə münasibət bildiriblər. Qeyd olunb ki, həmin hadisələrlə əlaqədar həbs olunan şəxslərə işgəncə verilməsi, onların hüquqlarının pozulması, radikal dini ekstremizmi siyasi müxalifətlə bağlamaq cəhdləri yolverilməzdir. Odur ki, ittiham olunan şəxslərə münasibətdə ədalətli məhkəmə hüququnun real təmin olunması zəruri hesb edilib.
 
 
Partiya sədrlərinin toplantısında Azərbaycanda təriqətçilik meyllərinin süni surətdə yaradılması, təriqətlərar arasında münasibətləri alovlandırmaq cəhdləri pislənilib.
İclasda həmçinin blogger Mehman Hüseynovun inzibati qaydada həbsi pislənilib. Onun həbs olunması ölkədə korrupsiyalaşmış məmurların ifşasına yönəlik fəaliyyətin nəticəsi kimi qiymətlənidirilib.
 
 
Toplantının sonunda yanvarın 17-də KXCP qərargahında ““20 Yanvar” dərsləri və bu gün” mövzusunda “Dəyirmi masa” keçirilməsi qərara alınıb.
 
Turaninfo.az