Müxalifət parlamentin spikerini ağlatdı...- VİDEO

 
 
RİA Novostinin məlumatına görə serbiya parlamentinin sədri Mayya Qoykoviç cümə axşamı iclas salonunu göz yaşları ilə tərk edib. Buna səbəb müxalifət nümayəndələrinin onu əlil deputatı diskriminasiya etməkdə günahlandırması olub.
 
Skupşina ( respublika parlamenti) ali təhsil və təhsil sistemində qanun layihəsinə düzəlişlərə baxıb. Müzakirələr zamanı müxalif Demokrat partiyasından deputat Aleksandr Yerkov spikeri “ Dostatoçno” ( Bəsdir) hərəkatının deputatı,əl arabası əlili   Lyupka Mixaylovskini diskriminasiya etdiyini, müraciətinə baxmayaraq ona söz verməməkdə ittiham edib.
 
“Sizin dedikləriniz ağır təhqirdir. İl ərzində istənilən deputatın üzləşdiyi ən böyük təhqirdir, guya mən parlamentarilərdən hansınısa əlil olduğuna görə alçaldıram. Siz sədri bu cür  təhqir etdiyinizə görə utanmalısınız , çünki onun öz ailəsində əlil var. Bu artıq bu parlamentin çatdığı bir dibdir, çöküşdür, Siz utanmalısınız.” Bu sözləri dedikdən  sonra spiker Qoykoviç kəskin şəkildə ayağa  qalxıb və göz yaşları ilə  iclas salonunu tərk edib. İclasda fasilə elan olunub.
 
Mayya Qoykoviç 22 may 1963-cü ildə Novi-sad şəhərində anadan olub.1987 –ci ildə yerli universitetin hüquq fakultəsini bitirib. 1991-2008-ci illərdə Serb radikal partiyasının üzvü olub. Partiyanın lideri Voislav Şeşel Haaqada Beynəlxalq tribunalda hərbi cinayətlərə görə ittiham olunanda Qoykoviçi özünün hüquq məsləhətçisi təyin etməyə cəhd edib, amma tribunal imtina edib.

Загрузка...
Загрузка...