Müxalifət konstitusiya dəyişikliyinə etiraz olaraq aksiya keçirəcək? - ÖZƏL

 
 
Pənah Hüseyn: “İlkin məqsədimiz bütün narazı qüvvələri vahid platformada birləşdirməkdir”
 
Azərbaycan konstitusiyasına təklif edilən son dəyişikliklər müxalif siyasi düşərgədə ciddi etiraza səbəb olub. Bəzi siyasi partiyalar daxili və beynəlxalq ictimai diqqəti bu məsələyə cəlb etmək üçün aksiyaların keçirilməsinin vacibliyi qənaətindədirlər. Lakin bəzi siyasi liderlər hesab edir ki, bundan öncə bütün narazı qüvvələri birləşdirmək, onların fəaliyyətini kordinasiya etməyə ehtiyac var.
 
Məsələ ilə bağlı Politika.Az-a açıqlama verən AXP sədri Pənah Hüseynli ilkin mərhələdə bütün narazı qüvvələri vahid platforma ətrafında birləşdirməyə çalışacaqlarını bildirib:
 
“Mən konstitusiya dəyişikliyi ilə bağlı öz rəyini bildirmişəm. Lakin bununla bağlı partiyamızın da rəyi olacaq. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, təklif edilən dəyişikliklərə tənqidi münasibət bəsləyə siyasi partiyaların, ictimai təşkilatların vahid bir platformadan çıxış etməsinə nail olunsun. Bundan sonra hüquqi müstəvidə müəyyən addımlar atmaq, aksiyalar keçirmək məsələsi nəzərdən keçirilsin”.