Müxalifət koalision hökumət müzakirələrinə başladı

Müxalifət koalision hökumət müzakirələrinə başladıApreldə “Böhrandan çıxış yolu: - koalision hökümət problemi” mövzusunda konfrans keçirilməsi qərar alınıb
Bu gün - 16 mart 2016-cı ildə “Anti-böhran koalisiyası” nümayəndələrinin növbəti iclası keçirilib. Hurriyyet.az xəbər verir ki, iclasda müzakirə olunan məsələlərə uyğun olaraq aşağıdakı müvafiq qərarlar qəbul edilib:
1.Yeni Azərbaycan Partiyasına, “Böhran”, Müsavat və AXCP-yə “siyasi, müxalifətin problemləri” mövzularında debatların keçirilməsi təklifi ilə bağlı dəvət göndərilib. Bu təşkilatlar debatdan imtina etsələr də, təklif edilən mövzularda dinləmələrin keçirilməsi məqsədə uyğun sayılıb.
2. Aprel ayının 1-ci ongünlüyündə “Böhrandan çıxış yolu: - koalisiyon hökümət problemi” mövzusunda konfrans keçirilməsi qərar alınıb.
3.TC-də baş verən terror asktı pislənilib. Türk millətinə və dövlətinə baş sağlığı verilib. Türkiyə Cumhuriyyətinin Bakıdakı Böyük Elçiliyinə məktub göndərilməsi qərara alınıb.
4. Azərbaycan mühacirlərinin siyasi və sosial hüquqlarının bərpası ilə bağlı sənədin hazırlanması iclasın sədrinə tapşırılıb.
5. İctimai – siyasi vəziyyətə dair digər məsələlər müzakirə edilib.