​Müxalifət Ermənistan hakim partiyasının kapitulyasiyasını tələb etdi

Müxalifətin tək tələbi Ermənistanın hakim Respublika Partiyasının qeyd-şərtsiz təslim olmasıdır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Ermənstanda keçirilən etiraz aksiyalarının təşkilatçısı, parlamentin “Yelk” fraksiyasının lideri Nikol Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın baş nazirliyinə qarşı etiraz aksiyaları aprelin 3-də başlayıb. Aprelin 23-də Sarkisyan postu tərk edib. Onun ardınca hökumət istefaya gedib. Sarkisyanın istefasına baxmayaraq, nümayişlər davam edir.
Bu gün etiraz aksiyaları paytaxt İrəvanın bütün mərkəzini tutub. Aksiyalar həmçinin, ölkənin digər yaşayış məntəqələrinə keçib.
Paşinyan bildirib ki, hökumət başçısı xalq namizədi olmalıdır. Onun fikrincə, bundan sonra müvəqqəti hökuməti formalaşdırmaq və növbədənkənar parlament seçkilərini təyin etmək lazımdır.
Ömər Dağlı

Загрузка...
Загрузка...