​Müxaliflərdən Rusiyaya cavab: "Silahı yerə qoymuruq"

 
Bu qəddar rejimi devirənə qədər silahlı əlimizdən yerə qoymayacağıq.
 
Axar.az xəbər verir ki, bunu Əhrar əş-Şam qruplaşmasının Hələb komandanı Faruk Əbubəkr deyib.
 
“Hələbdə terrorçu yoxdur. Xalqımızı müdafiə etmək üçün Allaha and içmişik. Rejim devrilənə qədər mübarizə apacağıq”, - Əbubəkr bildirib.
 
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Sergey Rudskoy 20 oktyabrda Hələbdə hərbi əməliyyatlara 8 saatlıq fasilə veriləcəyini bildirmişdi.