Müxalif partiya sədrləri toplandı....

Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi Azərbaycan hakimiyyətindən ciddi addımlar atmağı tələb edir
 Bu gün -16 mart  2016-cı ildə KXCP-nin qərargahında "AZADLIQ" Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin Sədrlər Şurasının növbəti iclası keçirilib. KXCP Mətbuat Xidmətinin verdiyi məlumata əsasən, iclasda qərarların  icra vəziyyəti, ölkədəki ictimai-siyasi vəziyyət, sosial-iqtisadi böhran və  cari məsələlər  müzakirə olunub.
“Qarabağ problemi, ATƏT-in xüsusi nümayəndəsinin Azərbaycandan xəbərsiz Xankəndinə səfəri, ABŞ-da ərazi bütövlüyünə qarşı hərəkətlənmə - daha bir ştatın Qarabağda erməni  terrorçu separat  hakimiyyətin tanınması uğursuz xarici siyasətimizin göstəricisidir. Əməkdaşlıq Mərkəzi Azərbaycan hakimiyyətindən daha ciddi addımlar atmağı tələb edir” – deyə açıqlamada vurğulanır.
Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi hesab edir ki, paris terrorunda dünyanın göstərdiyi birliyin Ankara terrorunda təkrarlanmaması Türk dünyasına ikili standartla yanaşmanın göstəricisidir.
Əməkdaşlıq Mərkəzi mövcud ictimai – siyasi vəziyyət və cari məsələlərlə  bağlı  müvafiq qərarlar qəbul edib.
TURANİNFO.AZ