Müşviq Hətəmovla aktyor arasında QALMAQAL: “Rusiyada göyərti satan səndən...”

Baxış sayı: 
161

Ötən günlərdə Türkiyədə 5-ci Antakya Beynəlxalq Film Festivalında “Ən yaxşı kişi aktyoru” nominasiyasının qalibi olan aktyor Hikmət Rəhimovla Azərbaycan Film Kinostudiyanın direktoru Müşviq Hətəmov arasında qalmaqal yaşanıb.
Publika.az xəbər verir ki, aktyorun iddia etdiyinə görə, Müşfiq Hətəmov bu mükafatın Hikmətə verilməsində biləvasitə öz rolu olduğunu bildirir. O, bu barədə feysbuk hesabında yazaraq Müşfiq Hətəmova qarşı ağır sözlərdən istifadə edib:
“Bunu deməliyəm, çünki səhərə qədər əsəbimdən yata bilməmişəm. Kinostudiyanın direktoru Müşfiq Hətəmov deyir ki, “Hikmətin aldığı mükafatı mən həll eləmişəm”. Hətəmov, mən də sənə deyirəm ki, tüpürüm o mükafata ki, onu sən mənə vermisən və orada-burada bunu başa vurursan. Rahat ol, dilimə gətirən də deyiləm. Mənə hər yerdə gic talış deyirsən. Onu bil ki, Rusiyada göyərti satan talış sənin kimi ağdamlıdan qat-qat qeyrətlidir. Səni ora işləməyə qoyublar, daha mütilik etməyə yox. Adamını tanı, ağıllı ol. Məni ətrafındakılarla səhv salma!”.

Загрузка...
Загрузка...