Müstəqillik günü rinqə çıxacaq kikboksçumuz kimdir?

Azərbaycanlı kikboksçu Xəyal Əhmədov (81 kq) mayın 28-də Hollandiyanın Eindhoven şəhərində keçiriləcək K-1 versiyası üzrə beynəlxalq turnirdə iştirak edəcək.
On beşə yaxın ölkədən idmançıların iştirak edəcəyin beynəlxalq turnirin təşkilatçısı “A1 World Combat Cup”dır. İdmançımız polyak əsilli  kikbkoksçu ilə döyüşə çıxacaq.
Bu barədə danışan Azərbaycan Kikboksinq Federasiyası yığma komandasının üzvü, peşəkar kikboksçu Xəyal Əhmədov onu çətin, lakin uğurlu döyüşün gözlədiyini bildirdi:-“Bilirsiniz ki, həmin tarixdə ölkəmizdə 28 may Respublika günü qeyd ediləcək. Mənim üçün məsuliyyətli və çətin gündür. İnşallah qələbə qazanıb xalqımızı sevindirərəm.”
Elnur Eltürk