​Mustafa Cəmilovin oğlu azadlıqda

 
Ukraynanın millət vəkili Mustafa Cəmilovin oğlu bu gün azadlığa buraxılıb.
 
Teleqraf.com xəbər verir ki, Hayser Cəmilov 2015-ci ildə Rusiyanın Krasnodar diyar məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum olunub. O, ehtiyatsızlıqdan insan ölümünə səbəb olan əməldə, silah oğurluğu və silah gəzdirməkdə ittiham olunurdu.
 
İşin materiallarına əsasən Hayser Cəmilov 2013-cü ilin may ayında atasının Baxçasaraydakı evindən tüfəng və güllələri oğurlamışdı. Mayın 27-də isə o, evin pəncərəsindən həmin tüfənglə evin həyətində işləyən Cəmilov ailəsinin dostu Fevzi Edemovu vurmuşdu.
Hayser Cəmilov Ukrayna millət vəkili və Krım Tatarları Məclisinin sabiq rəhbəri Mustafa Cəmilovin oğludur.
 
Sentyabr ayında Rusiyanın Ali Məhkəməsi məclisin ekstremist təşkilat tanınması barədə qərarı təsdiqləyərək onun ölkə ərazisində fəaliyyətini qadağan edib.
 
Məclisin başçısı Refat Çubarov və Mustafa Cəmilova Rusiya ərazisinə giriş qadağan olunub.
 
Onların hər ikisi hazırda Kiyevdə mənzillənir. Krım prokurorluğu onların yarımadanın enerji blokadasında əli olduğu hesab edir. Hər iki şəxsə qarşı bir neçə cinayət işi açılıb.

Загрузка...
Загрузка...