Mustafa Ceceli: “Bir də ayıldım ki, cumhurbaşqanın əzan oxuyanıyam”

 
Türk sənətçisi Mustafa Ceceli “Hurriyyet”-ə müsahibə verib. Söhbət Türkiyə mətbuatından gedir. Müsahibə zamanı sənətçi bir çox məqamlara toxunub. Öncə sənətçi səbirsizliyi üzündən sosial mediadada paylaşdığı aqressiv şərhlərinə münasibət bildirib: “Yazdığım şərhləri mən də özümə yaraşdırmadım. Amma bəzi haqsız şərhlər məni özümdən çıxarır. Biri yazıb ki, bu adam hamını aldadır, oruc tutmur, amma əzan oxuyur. Mən də özümü saxlamadım, çox ağır şeylər yazdım. Sonra da özümə əsəbləşdim, dedim ki, sən elə bununla da orucunu batil elədin. Hacı Bəktaşi-Vəlinin bir sözü var, deyir, incisən də incitmə. Son üç ildir bunu özümə düstür eləmişəm, amma bu dəfə çilədən çıxdım”.
Bu açıqlamasına rəğmən, müğənni jurnalistin sualını ötkəm cavablayıb. O, ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın dəvətiylə baş tutan iftar məclisində əzan oxuması haqda verilən suala belə münasibət bildirib: “Musiqi siyasətdən uzaq məfhumdur. Son üç ildir sıyasətin “s”-nı anlamayanlar siyasətçi kəsilib başımıza. Sosial medaianı da siyasətin üstündə qurmuşuq. Bizdəki qütbləşmə elə hala gəldi ki, mən bir də ayıldım ki, cumhurbaşqanın iftarında əzan oxuyan müğənniyəm”.
“Sapla samanı qarışdırmayın” deyən sənətçi onu da deyib, ölkə başçısının iftar süfrəsinə kiməsə yarınmaqçün getməyib: “ Bir yerə gedəndə “Aman, kiminsə xoşuna gəlim” düşüncəsiylə getmirəm. Getməyənlərin üstündən xətt çəkirlər bəyəm? Bunların hamısı boş söhbətlərdir”. O məclisə ilk dəfə gələnlər də vardı. Halbuki o adamlar haqda da vaxtilə sosial mediada çox şeylər yazmışdılar. Mən o məclisdə heç kimə fərq qoyulduğunu nə görmədim, nə də hiss etmədim”.
Sənətçi əzanın oxunma tərziylə bağlı tənqidi fikirlərə də münasibət : “Mən ilk dəfə əzanıMehmet Paşa Camisində oxumuşam. O vaxtdan bəri iki ildir oxuyuram. Məscidin çölündə olanlar deyir ki, bu necə əzandır, iliyimizə işlədi. O günki iftarda da elə bu cür oxudum. Amma bu dəfə yerdən-yerə vurdular, dedilər, bu necə əzandır, elə bil mahnıdır. Halbuki əzanı hər kəs içindən gəldiyi kimi oxuyur. Bu cür oxunmalıdır deyə fətva yoxdur. Peyğəmbərimiz də buyurub ki, əzanı səsi gözəl olan oxusun”.