​“Müsəlmanlar Avropanı məhv edəcək”

 
Avropada hər gün müsəlmanların sayı artacaq və Avropa tanınmaz hala düşəcək.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Macarıstan Baş naziri Viktor Orban söyləyib.
 
Onun sözlərinə görə, Brüsselin siyasəti Avropa mədəniyyətinin fəlakətinə səbəb olacaq
 
“Yavaş-yavaş öz keçmişimizi itirəcəyik. Avropa tezliklə tanınmaz hala düşəcək. Onlar 440 milyonluq Avropada bir neçə milyon müsəlman qaçqının heç bir problem yaratmayacağını düşünürlər. Bu yanlışdır. Proses öz-özünə düzəlməyəcək”.