Müsəlman müsəlmanın qanını tökdü: 27 ölü

 
 
Əfqanıstanın paytaxtı Kabildə terror aktı baş verib.
 
Axar.az xəbər verir ki, kamikadzenin şiə məscidində özünü partlatması nəticəsində azı 27 nəfər həlak olub, 40-dan artıq adam yaralanıb.
 
Ölənlərin əksəriyyəti uşaq olub.
 
Hücumun məsuliyyətini heç bir təşkilat öz üzərinə götürməyib.